- 19:44
Türkiyənin Ankara şəhərində zəncirvari yol qəzası olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Keçiören rayonunda sərnişin avtobusu yük maşınına çırpılıb. Zərbənin təsirindən yük maşını qarşısındakı iki avtomobilə çırpılıb. Avtobus isə yoldan çıxaraq yerüstü keçidin beton maneəsinə çırpılıb.
Qəza nəticəsində 20 nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanalara çatdırıb.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə