- 19:44
Rusiyanın Sankt-Peterburq şəhərində 49 yaşlı şəxs sevgilisinin üzərinə kerosin tökərək yandırıb.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə Qatçinskoye şossesində yerləşən yaşayış binasında baş verib.
Cütlük əvvəlcə dava etib. Daha sonra kişi sevgilisinin üstünə kerosin tökərək yandırıb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər ona bədən səthinin 15 faizini əhatə edən birinci və ikinci dərəcəli termik yanıq diaqnozu qoyublar.
Qeyd edək ki, təqsirləndirilən şəxs keçmiş məhkum olub.
Humay Eminqızı