- 19:44
Türkiyənin Tekirdağ şəhərinin Şarköy mahalında meşə yanğını davam edir.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən günorta saatlarında Şarköy mahalında əkin sahəsində başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılaraq Çanaqqala sərhədini keçib.
Əraziyə 100-ə yaxın texnika, 400-ə yaxın canlı qüvvə, həmçinin 21 təyyarə cəlb edilib.
Şenköy, Kızılcaterzi və Kocalı məhəllələrində ehtiyat tədbiri olaraq sakinlər təxliyə edilib.
Tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya çatdırılıb.
Hazırda yanğına havadan və qurudan müdaxilə davam edir.
Humay Eminqızı