- 19:44
Çin ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibənin 50 gün ərzində bitməyəcəyi təqdirdə Rusiyanın ticarət tərəfdaşlarına tariflər tətbiq etməklə bağlı təhdidinə cavab verib.
E-huquq.ax xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransında verdiyi açıqlamada bu cür hərəkətlərə kəskin etirazını bildirib.
"Çin istənilən qeyri-qanuni birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır. Tarif müharibələrində qalib yoxdur və məcburiyyət və təzyiqin faydası olmayacaq", - deyə sözçü bildirib.
Lin Jian əlavə edib ki, dialoq və danışıqlar böhrandan yeganə səmərəli çıxış yoludur: “Ümid edirik ki, tərəflər siyasi nizamlanma üçün şəraitin yaradılmasına töhfə verəcək və sülh danışıqlarını asanlaşdıracaq şəkildə hərəkət edəcəklər”.
Humay Eminqızı