- 19:44
İsrail ordusunun səhər saatlarında Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində 13 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunisin Mavasi bölgəsindəki sığınacaq İsrailin hava hücumuna məruz qalıb. Hücum nəticəsində 3-ü uşaq olmaqla 8 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində bir mənzil və iaşə obyektinin partladılması nəticəsində 3 fələstinli həlak olub.
Bundan əlavə İsrail ordusunun Qəzzanın cənubundakı Sabra məhəlləsində bir evə hücumu nəticəsində 2 nəfər həlak olub.
Humay Eminqızı