İtaliya Trampın Ukraynaya dəstək planını rədd etdi


  • 13:22

İtaliya ABŞ prezidenti Donald Trampın Ukrayna üçün Amerika silahları almaq planında iştirakdan imtina edib.

E-huquq.az xarici KİV - ə istinadən xəbər verir ki, bu qərarın əsas səbəbinin pul çatışmazlığı olduğu vurğulanıb.

Qeyd edilib ki, İtaliyanın belə bir əməliyyatı həyata keçirmək üçün maliyyə imkanları yetərsizdir.

İtaliyanın Müdafiə Nazirliyi ABŞ silahlarının alınması məsələsəinin müzakirə olunmadığını açıqlayıb.

Qeyd edək ki, Trampın təklif etdiyi plan çərçivəsində ABŞ-nin NATO-dakı müttəfiqləri Amerika silahlarının Ukrayna üçün pulunu tam ödəməsi yer alır.

Humay Eminqızı

Oxşar xəbərlər