- 19:44
2023-cü ildə İngiltərədə 200 yaşı olduğu təxmin edilən məşhur "Sycamore Ga " ağacını kəsən iki nəfər 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, onlar əməli törədərkən video çəkib. Görüntülər yayıldıqdan sonra ictimaiyyət hadisəyə sərt reaksiya verib.
Təqsirləndirilənlər əvvəlcə günahlarını inkar etsələr də, məhkəmə zamanı ağacı kəsdiklərini etiraf ediblər.
Kəsilmiş ağac 1991-ci il istehsalı olan "Robin Hood" filmində yer alan və təxminən 2 min il əvvəl romalılar tərəfindən inşa edilmiş, UNESCO-nun Dünya İrsi Siyahısında olan Hadrian Divarının bir hissəsinə zərər vurub.
Humay Eminqızı