Fransanın borcla mübarizə planı: iki dövlət bayramı ləğv ediləcək


  • 13:58

Fransa artan dövlət borcları ilə mübarizə üçün 2 dövlət bayramını ləğv etməyə hazırlaşır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Fransua Bayrou tərəfindən təklif irəli sürüb.

O, Pasxa və Avropada İkinci Dünya Müharibəsinin bitməsini simvolizə edən mühüm gün kimi qeyd olunur 8 May bayramlarını ləğv edilməsi ilə bağlı təklif verib.

Bayrounun planına həmçinin 2026-cı ildə dövlət xərclərinin dondurulması, cəmiyyətin zəngin təbəqələrinə verilən vergi güzəştlərinin ləğvi və dövlət qulluqçularının sayının azaldılması da daxildir.

Digər tərəfdən, prezident Emmanuel Makronun çağırışı ilə müdafiə büdcəsinin 2026-cı ildə 3,5 milyard, 2027-ci ildə isə 3 milyard avro artırılacağı gözlənilir.

Bayrou 2024-cü ildə 5,8 faiz olan büdcə kəsirini 2029-cu ilə qədər isə 3 faizdən aşağı salmağı hədəflədiklərini söyləyib. .

Humay Eminqızı

Oxşar xəbərlər