Türkiyədə gənə dişləyən 61 yaşlı kişi ölüb


  • 16 İyul 2025 15:13

Türkiyənin Kayseri şəhərində Krım-Konqo Qızdırmasından ölüb.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayserinin Pınarbaşı rayonunda yaşayan 61 yaşlı Cengiz Karakayanı gənə dişləyib.

O, gənəni bədənindən çıxarıb və həkimə müraciət edib.

Vəziyyəti pisləşən şəxs Kayseri Şəhər Xəstəxanasına yerləşdirilib.

Bütün tibbi müdaxiləyə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər