- 19:44
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 94 nəfər ölüb, 252 yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 7 750 fələstinli həyatını itirib, 27 556 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 58 573-ə, yaralıların sayı isə 139 607-yə çatıb.
Humay Eminqızı