Yemək üstündə başlayan mübahisə qətllə bitdi


  • 16:44

Hindistanın Karnataka əyalətində ofisiant,yemək üstündə qonaqlardan birini öldürüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Belqaum rayonunda baş verib. Belə ki, toydan bir neçə gün sonra bəy dostlarını məclisə dəvət edib. Məclisdə yeməklər paylanarkən qonaqlardan biri ona digərlərinə nisbətən daha kiçik toyuq dilimi verildiyi üçün əlavə yemək istəyib.

Bundan sonra ofisiant və qonaq arasında sözlü münaqişə yaşanıb. Ofisiant masadakı bıçağı götürərək qonağı ağır yaralayıb.

Qonağın həyatını xilas etmək mümkün olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər