Türkiyədə 572 qanunsuz miqrant saxlanılıb


  • 17 İyul 09:31

Türkiyədə qanunsuz miqrasiya ilə mübarizə davam edir.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu çərçivədə növbəti dəfə yoxlamaların aparıldığını bildirib.

Nazirin sözlərinə görə, ümumilikdə 18 390 ünvanda yoxlamalar aparılıb.

O bildirib ki, ölkə ərazisində aparılan yoxlamalar zamanı 6-sı xarici ölkə vətəndaşı olmaqla 32 miqrant qaçaqmalçısı, 572 qeyri-qanuni miqrantı saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər