Bir ailənin 6 üzvü pendirdən ZƏHƏRLƏNDİ


  • 17 İyul 09:37

Türkiyənin Şanlıurfa şəhərində 1 ailənin 6 üzvü zəhərlənib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Şanlıurfanın Viranşehir rayonunda ailə üzvləri ürək bulanması və qusma şikayətləri ilə Viranşehir Dövlət Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada aparılan müayinə zamanı ailənin yedikləri pendirdən zəhərləndiyi məlum olub.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər