Türkiyədə ağır qəza: ölənlər və yaralılar var


  • 17 İyul 09:47

Türkiyənin Elazığ şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Elazığın Karakoçan rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qrupları göndərilib.

Yaralılar xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Karakoçan Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər