Yaponiya uzun müddət sonra Rusiyadan neft idxalını bərpa edib


  • 17 İyul 09:50

Yaponiya 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq Rusiyadan neft idxal edib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, Yaponiya iyun ayında Rusiya Federasiyasından təxminən 440,3 min barrel neft alıb.

İdxalın ümumi dəyəri 25,3 milyon ABŞ dolları təşkil edib. Beləliklə, tədarük olunan partiyada bir barrelin orta qiyməti təxminən 57,5 dollar olub.

Alınan bu partiya iyun ayında Yaponiyanın ümumilikdə idxal etdiyi neftin 0,7 faizindən azını təşkil edir.

Humay Eminqızı

Oxşar xəbərlər