Böyük Britaniya həddindən artıq isti hava ilə mübarizə aparır


  • 17 İyul 10:00

Böyük Britaniyada şiddətli istilik dalğası hökm sürür.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə havanın temperaturunun cümə axşamı və cümə günləri 28 dərəcəyə çatacağı gözlənilir.

Məlumata görə, bu il İngiltərədə 1893-cü ildən bəri ən quraq yay mövsümü yaşanır.

Ölkədə milyonlarla insan su qıtlığı və quraqlıq ilə mübarizə aparır. Ölkə üzrə təxminən 7 milyon insana sudan istifadəyə müəyyən məhdudiyyətləri qoyulub. Quraqlıqla mübarizə çərçivəsində ölkənin bəzi ərazilərində şlanqla sudan istifadə qadağası tətbiq edilməyə başlanılıb.

Su anbarlarının tutumu 55,8 faiz təşkil edir ki, bu da normadan 26,1 faiz aşağıdır.

Ross-on-Wye şəhərində şənbə günü havanın temperaturu 33 dərəcəyə çatıb. İstiliyin bazar günü də davam edəcəyi gözlənilir.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən isti hava ilə bağlı əhaliyə "narıncı" xəbərdarlıq edilib.

Yüksək temperaturun həftə sonu ölüm hallarının artmasına səbəb ola biləcəyi istisna edilmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər