Fransada dəhşətli hadisə: 6 yaşlı uşaq yeni doğulan körpəni öldürüb


  • 17 İyul 10:18

Fransada yeni doğulmuş körpə altı yaşlı oğlan tərəfindən öldürülüb.

E-huquq.az Fransanın "La Voix du Nord" qəzetinə istinadən xəbər verir ki, hadisə Lill şəhərində yerləşən Jeanne-de-Flandre Uşaq Xəstəxanasında baş verib.

Belə ki, yeni doğulan körpə Zayneb-Cassandra ötən cümə başından ciddi xəsarət alıb və reanimasiyaya yerləşdirilib. Lakin bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

İstintaq mənbələrinin bildirdiyinə görə, altı yaşlı uşaq körpəni yerə yıxaraq başını yerə çırpıb. Uşaq hadisə zamanı reanimasiyada körpə ilə tək olub.

Körpənin nənəsi və babası verdiyi açıqlamada bildirib ki, uşaq səhər saat yeddidə körpənin olduğu reanimasiya otağına girib.

Daha sonra körpə huşsuz vəziyyətdə yerdə aşkarlanıb.

Lill Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər