- 13:34
Türkiyənin Balıkesir şəhərində meşə yanğını başlayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkesirin Savaştəpə rayonunun Çaltılı məhəlləsi ilə Altıeylül rayonunun Kirazköy məhəlləsində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Balıkesir Meşə Regional İdarəsinin əməkdaşları əraziyə cəlb edilib.
Yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 21 su maşını və 150 nəfər göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə