Qərb ölkələri İrana ultimatum verdi


  • 17 İyul 10:33

Qərb ölkələri İrana nüvə sazişinin imzalanması ilə bağlı ultimatum verib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, sazişin imzalanması ilə bağlı son tarix ABŞ dövlət katibi Marko Rubio, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri tərəfindən razılaşdırılıb.

Əgər Tehran razılaşmanı qəbul etməzsə, 2015-ci ildə dayandırılmış bütün BMT sanksiyalarının yenidən qüvvəyə minəcəyi qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın ABŞ ilə danışıqlara qayıtmağa hazır olduğunu bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər