- 00:25
ABŞ-nin Nyu York şəhərində keçirilən “Sotheby's” hərracında Mars meteoriti 5,3 milyon dollara satılıb.
E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, "NWA 16788" adlı meteorit Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars qayasıdır. Bu nümunə indiyədək tapılan ən böyük Mars daşından 70 faiz daha böyükdür.
Meteorit 2023-cü ilin noyabrında Nigerin ucqar Agadez bölgəsində tapılıb.
Lakin bu hərrac elm aləmində birmənalı qarşılanmayıb. Bəzi alimlərin fikrincə, belə nadir nümunələr şəxsi kolleksiyalara satmaqdansa, muzeylərdə nümayiş edilməlidir. Tədqiqatçılar bu nümunənin muzeydə saxlanılmaqla həm elmi araşdırmalara, həm də ictimaiyyətə açıq qalmağını daha önəmli hesab edir.
Humay Eminqızı