Rusiya Ukraynaya casusluqda ittiham olunan şəxsi saxladı


  • 17 İyul 11:55

Rusiyada dövlətə xəyanətdə təqsirləndirilən şəxs Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, 41 yaşlı Rusiya vətəndaşı Ukrayna hərbi kəşfiyyatı üçün Voronej vilayətində yerləşən Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə vasitələri barədə məlumat ötürüb.

Təqsirləndirilən şəxs rəhbərinin tapşırığını ilə regional enerji infrastrukturu obyektində təxribat və terror aktı törətmək üçün əldəqayırma partlayıcı qurğu ilə saxlanılıb.

O öz əməlini etiraf edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər