Pakistanda daşqınlar zamanı 28 nəfər ölüb


  • 17 İyul 12:57

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Pəncab Fövqəaldə Hallar İdarəsinin sözçüsü Faruk Əhməd məlumat verib.

Məlumata görə son 24 saatda 90 nəfər yaralanıb.

Qurum rəsmisi ölum hallarının əsasən dam və divarın uçması nəticəsində baş verdiyini vurğulayıb.

Vətəndaşlara güclü yağış səbəbindən çayların daşması ilə bağlı xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər