- 13:34
İsrail ordusunun səhər saatlarında Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində 17 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərinin şimalındakı əl-Təvvam və əl-Kərəmə bölgələrində yardım gözləyən fələstinliləri hədəf alıb. Nəticədə 8 nəfər həlak olub.
Şəhərin cənubundakı Zeytun məhəlləsində bir evin bombalanması nəticəsində 4 nəfər həyatını itirib.
İsrail ordusuna məxsus pilotsuz təyyarənin Qəzzanın mərkəzindəki Bureyc Qaçqınlar Düşərgəsinə hücumu zamanı isə 5 nəfər həlak olub.
Humay Eminqızı