İndoneziyada hava çirklənməsi təhlükəli həddə çatıb


  • 17 İyul 14:16

İndoneziyanın paytaxtı Cakartada havanın çirklənməsi ciddi fəsadlar törədib.

E-huquq.az "Jakarta Globe" qəzetinə istinadən xəbər verir ki, Cakartanın şimal rayonlarında havanın çirklənməsi təhlükəli həddə çatıb.

Məlumata görə, ölkədə 6 milyondan çox insan kəskin respirator infeksiyalardan əziyyət çəkir.

Bildirilib ki, şəhərdəki 6800 fabrikin bacalarından çıxan tüstü havanı çirkləndirir. Həmçinin lisenziyası olmayan müəssisələr də nəzarətsiz şəkildə havaya tüstü buraxır.

Rəsmilər vəziyyətin daha da pisləşə biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər