- 13:34
Sürətli addımlarla yerimək yaşlı insanlara müstəqil hərəkət etməyə və gündəlik işlərini daha asan yerinə yetirməyə kömək edir.
E-huquq.az xəbər verir ki, Çikaqo Universitetinin alimləri bu barədə araşdırma aparıb. Araşdırmada gündəlik işləri idarə etməkdə çətinlik çəkən və zəif hesab edilən yaşlı insanların fiziki vəziyyəti tədqiq edilib. Tədqiqatçılar onlardan bəzilərinə bacardıqca sürətlə yeriməyi, digərlərinə isə rahat templə yeriməyi tövsiyə edib.
Tədqiqatçılar dəqiqədə 14 və ya daha çox addım atanların zəiflik əlamətlərinin nisbətən az olduğunu müşahidə edib.
Tədqiqatçılar dəqiqədə 14 addımdan çox yeriyənlərin daha böyük məsafələri qət edə bildiklərini və bunun onların fiziki hazırlığını yaxşılaşdırdığını bildirib.
Tədqiqatçılar hesab edir ki, sürətlə yerimək yaşlılara gündəlik işləri daha asan yerinə yetirməyə kömək edir. Buna görə də alimlər yaşlı insanlara yerimə sürətlərini və dəqiqədə atdıqları addımların sayını ölçməyi tövsiyə edirlər.
Şəbnəm Mehdizadə