İran hava məkanında yeni dəyişiklik: tranzit uçuşlara 24 saat icazə verildi


  • 17 İyul 15:02

İranda hava məkanı bundan sonra 24 saat açıq olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Aviasiya Təşkilatı açıqlama verib.

Qeyd olunub ki, ölkə üzrə hava limanlarından uçuşlar üçün artıq heç bir məhdudiyyət yoxdur, yalnız Tehranın Mehrabad hava limanından uçuşlar səhər saat 4:00-dan axşam 19:00-a qədər yerinə yetiriləcək.

Təhsil və istirahət məqsədləri üçün uçuşların qadağası növbəti xəbərdarlığa qədər qüvvədə qalır.

Humay Eminqızı

Oxşar xəbərlər