İsrail ordusu Qəzzada 800 metrlik yeraltı tuneli partlatdı


  • 17 İyul 19:02

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağının şimalında yerləşən, radikallar tərəfindən istifadə olunan 800 metr uzunluğunda yeraltı tuneli partladıblar.

E-huquq.az xəbər verir ki, bu barədə məlumatı IDF-in mətbuat xidməti yayıb.

“Qoşunlar Qəzza zolağının şimalındakı Daraj Tuffada əməliyyat aparır. Bu ərazidə 18 metr dərinlikdə döşənmiş, təxminən 800 metr uzunluğunda yeraltı tunel partladılıb”, - deyə açıqlamada qeyd olunur.

Əlavə olaraq, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin bölgədə qumbaraatanlarla silahlanmış radikalların dəstəsini hədəfə aldığı və məhv etdiyi bildirilir.

Oxşar xəbərlər