Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 153 nəfər saxlanıldı


  • 18 İyul 15:35

Son 2 həftədə Türkiyənin 28 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 153 şübhəli şəxs yaxalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir verdiyi açıqlamada əməliyyata Adana, İstanbul və İzmir şəhərlərinin də daxil olduğunu bildirib.

Şübhəlilərin İŞİD terror təşkilatına üzv olduqları, təşkilata maliyyə təmin etdikləri və sosial media hesabları vasitəsilə terrorçuluğu təbliğ etdikləri müəyyən edilib.

Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal materiallar ələ keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər