Qəzzada qida çatışmazlığından 69 uşaq həlak olub


  • 18 İyul 16:40

Qəzzada qida və dərman çatışmazlığından daha bir uşaq öldü.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada qida çatışmazlığından həyatını itirən uşaqların sayı 69 nəfərə çatıb.

Ümumilikdə bu səbəbdən 620 nəfər ölüb.

Fələstinlilər bildiriblər ki, İsrail Qəzza zolağının əhalisini qaçmağa məcbur etmək üçün aclıq və susuzluqdan silah kimi istifadə edir.

Qeyd edək ki, Qəzzada Səhiyyə Nazirliyi aclıq səbəbilə xəstəxanalara müraciət edənlərin sayında əhəmiyyətli artım olduğunu açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər