İsrailin Qəzzaya son hücumları nəticəsində 16 nəfər həlak olub


  • 18 İyul 16:33

İsrail ordusunun səhər saatlarında Qəzzanın müxtəlif bölgələrinə hücumları nəticəsində 16 nəfər həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, çoxlu sayda mülki şəxsin yaşadığı evə hücum nəticəsində ən azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Dağıntılar altında qalanlar var.

İsrailin Xan Yunisin qərbində çadırları hədəf alması nəticəsində bir qadın və uşağı ölüb, ən azı 9 nəfər yaralanıb.

Qəzza zolağının cənubundakı əl-Məvasi bölgəsində köçkünlərin sığındığı çadırlara hücum nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

İsrailin Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində bir evi bombalaması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Humay Eminqızı

Oxşar xəbərlər