- 00:25
Türkiyənin Kocaeli ilində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kocaeli ilinin Gebze rayonunda mikroavtobus və avtomobil toqquşub.
Qəza nəticəsində mikroavtobus sürücüsü və 7 sərnişin, avtomobil sürücüsü və yanındakı 1 nəfər sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Humay Eminqızı