Avropalılar orta hesabla 37,2 il işləyir


  • 18 İyul 18:19

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə bir adam orta hesabla 37,2 il işləyir.

E-huquq.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ildə Aİ ölkələrində 15 və daha yuxarı yaşda olan insanların proqnozlaşdırılan orta iş saatları ilə bağlı məlumatları açıqlayıb.

Məlumatlara görə, son 10 ildə Aİ ölkələrində orta iş saatı 2,4 il artıb. Aİ-də bir insanın orta iş müddəti 37,2 ildir.

Orta iş ömrü Aİ ölkələri arasında əhəmiyyətli dərəcədə dəyişir.

Aİ ölkələri arasında Hollandiya ən uzun iş saatına malikdir. Hollandiyada bir fərd orta hesabla 43,8 il işləyir. İsveçdə bu rəqəm 43, Danimarkada 42,5, Estoniyada 41,4, İrlandiyada 40,4, Almaniyada 40, Finlandiyada 39,8 ildir.

Aİ ölkələri arasında ən qısa iş saatları Rumıniyada 32,7 il, İtaliyada 32,8 il, Xorvatiya, Yunanıstan və Bolqarıstanda 34,8 il, Belçikada 35 ildir.

Aİ-də kişilər üçün orta iş ömür müddəti 39,2 ildir. Kişilər Hollandiyada 45,7, Danimarkada 44,2, İsveçdə 40,0 il işləyirsə, Rumıniyada bu rəqəm 35,9, Xorvatiya və Bolqarıstanda 36 yaşa yüksəlir.

Aİ-də qadınlar orta hesabla 35 il işləyir. Qadınlar Estoniyada 42,2 il, İsveçdə 42 il, Hollandiyada 41,8 il işləyirlər. Qadınlar üçün ən qısa iş vaxtı İtaliyada 28,2 il, Rumıniyada 29,2 il və Yunanıstanda 31,1 ildir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər