- 00:25
İngiltərənin Şeffild şəhərində məscid önünə bir nçə dəfə siçan dolu qəfəs qoyan 66 yaşlı Edmund Fovler irqçı motivlə törədilən nifrət cinayəti üzrə 18 ay şərti həbs cəzasına məhkum edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fovler may-iyun aylarında Şeffilddə yerləşən məscidin girişinə siçan dolu qəfəs qoyub. Təhlükəsizlik kameralarının görüntülərində onun avtomobilin baqajından qəfəsi çıxarıb məscid önünə yerləşdirməsi və siçanların əraziyə yayılması əks olunub.
Şeffild Məhkəməsində hakim qarşısına çıxan Fovler "irqçi niyyətlə təhqir və təzyiq" ittihamlarını qəbul edib. Məhkəmə Fovlerı 18 həftə həbsə məhkum etsə də, cəzanın şərti icrasına qərar verib və bu müddət ərzində onun hər hansı məscidə yaxınlaşması qadağan olunub.
Məhkəmə sədri Fovlerın etdiyi cinayətlərin öncədən planlaşdırıldığını və bunun təqsirləndirilən şəxs tərəfindən də lentə alındığınıvurğulayıb. O bildirib ki, bu hadisələr cəmiyyət arasında şok və kədər yaradıb.
Məscid idarəçilərindən biri anonim şəkildə bildirib ki, məscidə gələnlər bundan sonra təkrar təhqir olunmaqdan qorxur və məscidə gəlməkdən çəkinirlər.
Şəbnəm Mehdizadə