Özbəkistanda terror qruplaşması ifşa edildi


  • 19 İyul 09:10

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "İslam Dövləti" beynəlxalq terror təşkilatının tərkibinə daxil olan "Vilayət Xorasan" qrupunu ifşa edib.

E-huquq.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin daxili işlər orqanları ilə birgə keçirdiyi əməliyyat tədbirləri zamanı Namanqan şəhərində “İslam Dövləti-Xorasan vilayəti” beynəlxalq terror təşkilatının məxfi yuvası aşkar edilib. Maddi sübut kimi 40 DVD, 4 fleş disk, o cümlədən noutbuk və planşet götürülüb.

İdarənin məlumatına görə, qrup təşkilatçısı Telegram messencerində ümumilikdə 120-dən çox iştirakçının olduğu virtual kanallar və qruplar yaradıb. Orada ekstremist materiallar paylaşılıb.

"Hazırda qruplaşmanın təşkilatçısı və üç fəal üzvü barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, həbs-qətimkan tədbiri seçilib. Qrupun digər üzvlərinə qarşı da istintaq hərəkətləri davam etdirilir", - DİM-dən əlavə ediblər.

Oxşar xəbərlər