- 10:35
Estoniyanın Tartu şəhərinin mərkəzində tikinti işləri zamanı 80-ə yaxın insan skeleti aşkar edilib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, arxeoloqlar skeletlərin 18-ci, bəzilərin isə orta əsrlərə aid olduğunu bildiriblər.
Bioarxeoloq Martin Malvenin sözlərinə görə, Şimal müharibəsində Tartu işğal edildikdən sonra bura çoxlu ruslar - əsgərlər, onların ailələri və sənətkarlar gəlib və bu qəbiristanlıqdan istifadə ediblər.
Tapıntılar arasında 5-6 gənc kişinin skeletlərinin olduğu kütləvi məzarlıq da var. Ehtimal edilir ki, onlar epidemiya nəticəsində vəfat ediblər. Bundan əlavə, pravoslav xaçlar və 1740-cı ilə aid sikkələr də tapılıb.
Alimlər 18-ci əsrdə yerli sakinlərin qida rasionu və xəstəlikləri, o cümlədən sifilis və vərəm hallarını öyrənmək üçün laboratoriya testləri keçirməyi planlaşdırır.
Qazıntılar davam edir.
Humay Eminqızı