Rusiya Ukraynaya casusluqda ittiham olunan şəxsi saxladı


  • 21 İyul 11:43

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Ryazan şəhərində Ukrayna hərbi kəşfiyyatı üçün hərbi-sənaye kompleksi müəssisəsi haqqında məlumat toplayan Rusiya vətəndaşı olan Moldova əsilli şəxsi saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

Təqsirləndirilən şəxs göstərişə əsasən Rusiya Silahlı Qüvvələrinin bölmələrindən biri və Ryazan vilayətindəki hərbi-sənaye kompleksinin müəssisəsi ilə bağlı məlumatları toplayıb Ukrayna kəşfiyyatına ötürüb.

Müəyyən edilib ki, şübhəli şəxs 2024-cü ildə "Telegram" messenceri vasitəsilə Ukrayna xüsusi xidmət orqanının nümayəndəsi ilə əlaqə qurub. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ryazаn sakininin istəyinə əsasən, ona Rusiyadan Fransa dövlətinə təhlükəsiz çıxışda kömək etməyi, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən silahlı birləşməyə qəbul olunmasını vəd edib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (casusluq şəklində dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər