ABŞ-də qeyri-qanuni yaşayan şəxslər həbs ediləcək


  • 21 İyul 13:05

ABŞ-də qeyri-qanuni yaşayan şəxslər həbs ediləcək.

E-huquq.az xəbər verir ki, bunu ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi direktoru Todd Lyons deyib.

Onun sözlərinə görə, hətta hər hansı cinayət işində ittiham olunmayan qeyri-qanuni miqrantlar belə həbs ediləcək.

Todd Lyons eyni zamanda, qeyri-qanuni işçiləri işə götürən şirkətlərə qarşı da sərt tədbirlər görüləcəyini vurğulayıb.

Qeyd edək ki, Prezident Donald Tramp vəzifəyə gəldikdən bəri təxminən 150 000 insanı deportasiya edib. Bunlardan 70 000-i yol hərəkəti və ya miqrasiya ilə bağlı cinayətlərdə ittiham olunan şəxslərdir.

Humay Eminqızı

Oxşar xəbərlər