- 10:58
Dünya miqyasında nəhəng bəndlərdən suyun yığılması nəinki dəniz səviyyəsini aşağı salır, həm də planetin maqnit qütbünü dəyişir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər veir ki, bunu Harvard Universitetinin geofiziki Natasha Valencic və onun komandası aşkar edib.
Araşdırmaya görə, təxminən 7 000 böyük bənddə toplanan su Yer qabığının fırlanma oxunu Yerin maqnit sahəsinin mərkəzindən təxminən 1 metr dəyişib.
Bu səth su kütlələri okeanlardan geri çəkildikcə qlobal dəniz səviyyəsinin 21 millimetr aşağı düşməsinə səbəb olub.
Planetin daxili maqnit qütbü sabit qaldığı halda, Yer qabığının mövqeyi bu qütbə nisbətən dəyişir.
Tədqiqata görə, 1835-1954-cü illər arasında Avropa və Şimali Amerikada bənd tikintisi ilə əlaqədar Şimal Qütbü təxminən 20 santimetr şərqə, Rusiyaya doğru sürüşdü. 1954-2011-ci illər arasında Asiya və Şərqi Afrikada bənd tikintisinə görə qərbə, Şimali Amerikaya doğru 57 santimetr irəlilədi.
Araşdırmalar göstərir ki, indiyədək tikilmiş bəndlər son yüzillikdə dəniz səviyyəsinin qalxmasının təxminən dörddə birini -ildə təxminən 1,2 millimetr geridə saxlayıb.
Humay Eminqızı