Türkiyədə meşə yanğını: 2 məhəllə boşaldıldı


  • 21 İyul 13:41

Türkiyənin Sakarya şəhərinin Geyve rayonunda meşədə baş verən yanğınla əlaqədar iki məhəllə ehtiyat tədbiri olaraq boşaldılıb.

E-huquq.az Türkiyə mətbutaına istinadən xəbər verir ki, meşəlik ərazidə qəflətən yanğın baş verib.

Hadisə yerinə Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Alovun genişlənməsi ilə əlaqədar olaraq, Taşoluk və Hacılar məhəllələri təxliyə edilib.

Yanğının söndürülməsi istiqaməti işlər davam etdirilir

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər