Leysan yağışları Hindistanda faciəyə səbəb oldu - 125 ölü


  • 21 İyul 14:12

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında davam edən leysan yağışları ciddi fəsadlara səbəb olub. Musson mövsümünün yaratdığı daşqınlar, torpaq sürüşmələri və yol qəzaları nəticəsində indiyədək 125 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, iyunun 20-dən bəri bölgəni təsiri altına alan güclü yağışlar həyatın iflic olmasına gətirib çıxarıb. Fövqəladə Halların İdarə Edilməsi üzrə Dövlət Mərkəzinin açıqlamasında 70 nəfərin sel və torpaq sürüşməsi nəticəsində, 55 nəfərin isə yağışların səbəb olduğu yol qəzalarında həlak olduğu bildirilib.

Təbii fəlakət eyni zamanda bölgənin infrastrukturuna da ciddi ziyan vurub. Hazırda 468 avtomobil yolu bağlıdır, 676 su təchizatı xətti isə sıradan çıxıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər