Yunanıstanda güclü istilər gözlənilir


  • 21 İyul 15:21

Yunanıstanda bu həftə temperaturun 43 dərəcəyə çatacağı gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstan Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu gündən iyulun 26-na kimi ölkə ərazisində həddindən artıq istilər hökm sürəcək.

Yunanıstanda gün ərzində 41 dərəcəyə çatan temperaturun həftə boyu yüksələcəyi gözlənilir.

Paytaxt Afinada cümə axşamı və cümə günləri 43 dərəcəyə çatacağı, ölkənin şimal-qərb və mərkəzi hissələrində temperaturun daha da yüksələcəyi gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər