Serbiyada yüksək temperaturla əlaqədar qırmızı həyəcan siqnalı verilib


  • 21 İyul 15:51

Serbiyada gözlənilən güclü isti hava dalğası ilə əlaqədar ölkə üzrə qırmızı xəbərdarlıq elan olunub. Beş gün davam edəcəyi proqnozlaşdırılan isti hava səbəbilə vətəndaşlara meşə yanğınlarına qarşı ehtiyatlı olmaları tövsiyə edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Serbiya Hidrometeorologiya İnstitutu (RHMZ) bu həftə ərzində ölkə ərazisində havanın temperaturunun 32°C ilə 42°C arasında dəyişəcəyini açıqlayıb. Cümə günü temperaturun 42 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

İsti hava dalğasının Afrikadan gəldiyi və bütün ölkəni əhatə edəcəyi bildirilir. Açıqlamada qeyd olunub ki, vətəndaşlara günorta saatlarında açıq havaya çıxmamaq tövsiyə edilir.

Paytaxt Belqradda bu səhər havanın temperaturu 29°C olub.

Eyni zamanda, Serbiya Daxili İşlər Nazirliyi də yaxın günlərdə yanğın riski ilə bağlı əhalini xəbərdar edib. Fövqəladə Hallar İdarəsinin Yanğınsöndürmə və Xilasetmə xidmətinin direktor müavini Miloş Milenkoviç bildirib ki, iyun və iyul aylarında ölkədə meşə yanğınlarının sayı 284% artıb və yalnız açıq ərazilərdə artıq 4 yanğın qeydə alınıb.

Milenkoviç həmçinin qeyd edib ki, son aylar ərzində baş verən yanğınlar zamanı 15 nəfər xilas edilib, və bu hadisələrin əsas səbəbi kimi “insan faktoru” göstərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər