- 10:58
Türkiyənin Bursa şəhərində avtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, zərbə nəticəsində hər iki sürücü və avtobusda olan 5 sərnişin xəsarət alıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Qəzada zərər görmüş avtomobillər evakuasiya edilib.
Şəbnəm Mehdizadə