- 10:58
Bu həftə Türkiyədə temperatur artımı daha çox hiss olunacaq. Ölkə ərazisində havanın temperaturunun mövsüm norması ilə müqayisədə 3-5 dərəcə yüksək olacağı proqnozlaşdırılır.
E-huquq.az xəbər verir ki, Türkiyə Dövlət Meteorologiya Xidməti yeni həftə üçün isti hava dalğası ilə bağlı xəbərdarlıq yayıb. Proqnoza əsasən, həftənin ilk günündə ölkənin bir çox bölgəsində güclü istilər müşahidə ediləcək.
Ən yüksək temperatur Batman şəhərində 43°C, Şanlıurfa, Adıyaman və Diyarbəkirdə isə 42°C olacaq.
Bununla yanaşı, ölkənin şimal bölgələrində bu gündən başlayaraq üç gün ərzində yağış yağacağı gözlənilir.
Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Dövlət Meteorologiya Xidmətinin sinoptiki Abdullah Macit həftəlik hava proqnozu ilə bağlı açıqlamasında vətəndaşları yüksək temperaturdan qorunmağa, xüsusilə günorta saatlarında birbaşa günəş şüalarından uzaq durmağa çağırıb.
Şəbnəm Mehdizadə