Lotereyada etdiyi səhv sayəsində bir gecədə 2 milyon qazandı


  • 21 İyul 16:24

ABŞ-ın Massaçusets ştatında yaşayan Pol Korkoran sadə bir anlaşılmazlıq nəticəsində bir gecədə iki dəfə milyonçuya çevrilib. O, 9 iyul tarixində keçirilən “Powerball” tirajı üçün iki fərqli satış məntəqəsindən aldığı iki uduşlu bilet sayəsində ümumilikdə 2 milyon dollar qazanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fitçburq şəhərində yaşayan Korkoran əvvəlcə yeddi oyunluq bir multipleks bilet alıb. Lakin o, biletin etibarlılıq tarixini səhv başa düşərək, onun artıq keçərsiz olduğunu zənn edib. Nəticədə, yalnız 10 dəqiqə sonra başqa bir mağazadan eyni kombinasiyanı ehtiva edən ikinci bileti alıb.

Möcüzəvi şəkildə, hər iki bilet beş ağ topu düzgün proqnozlaşdırıb, lakin əsas "Powerball" - qırmızı top nömrəsi 5 ilə uyğunlaşmadığı üçün 217 milyon dollarlıq cekpotu əldən verib. Buna baxmayaraq, hər bilet 1 milyon dollarlıq mükafat qazandığı üçün Korkoran ümumilikdə 2 milyon dollar əldə edib.

Massaçusets Dövlət Lotereya rəsmiləri bildiriblər ki, Korkoran bu nömrələri uzun müddətdir oynayırdı. Qalibin özü isə qazandığı məbləğlə nə edəcəyinə hələ qərar vermədiyini deyib.

Qalib biletlərin satıldığı Fiçburq şəhərindəki hər iki mağaza isə 10.000 dollar mükafat alacaq. Bu, hər iki satış məntəqəsində satılan ilk 1 milyon dollarlıq “Powerball” biletidir.

Qeyd edək ki, “Powerball” cekpotunu qazanma ehtimalı 292,2 milyonda 1-dir. Növbəti tiraj isə 21 iyul tarixində keçiriləcək və cekpotun məbləği 308 milyon dollar olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər