- 10:35
Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkə şəhərinin Uttara bölgəsində kollecin ərazisinə düşüb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, təyyarə 2 mərtəbəli kollecin giriş hissəsinə düşüb. Qəzadan dərhal sonra təyyarə alovlanıb və alov binaya yayılıb.
Son məlumatlara görə, qəza nəticəsində 19 nəfər ölüb, daha 150 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Yanğınsöndürənlərin sözlərinə görə, qəza nəticəsində təyyarənin pilotu həyatını itirib.
Banqladeş hakimiyyəti iyulun 22-ni milli matəm günü elan edib.
Humay Eminqızı