Rusiya və İran müdafiə nazirləri Moskvada görüşdü


  • 21 İyul 20:31

İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousovla görüşüb, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi idi”, - o İRNA-ya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Nəsirzadə iyulun 20-də İranın Ali Rəhbərinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə Kremldə görüşündə də iştirak edib.

Oxşar xəbərlər