- 10:58
Rusiyanın Kamçatka diyarında cəmi 45 dəqiqə ərzində ardıcıl beş zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, zəlzələlərin maqnitudası 5,3; 5,2; 5,1 və iki halda 4,8 bal təşkil edib.
Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.