- 17:50
Türkiyənin Kütahya şəhərində fəhlələri daşıyan avtobus LPG tankeri ilə toqquşub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 35 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, avtobus sürücüsü və 34 işçi yaralanıb.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra tibb işçiləri tərəfindən xəstəxanayaa çatdırılıb.
Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.
Qəza nəticəsində yolda hərəkət nəzarət altına alınıb.
Şəbnəm Mehdizadə