Türkiyədə sərnişin avtobusu aşdı, 27 nəfər yaralandı


  • 09:25

Türkiyənin Balıkəsir şəhərində sərnişin avtobusu xəndəyə aşıb.

İzmir-İstanbul istiqamətində hərəkət edən avtobusun İstanbul-İzmir magistralının Naipli ərazisi yaxınlığındakı xəndəyə aşması nəticəsində 27 nəfər xəsarət alıb.

Balıkəsir valisi İsmail Ustaoğlu hadisə yerinə gedib.

O, "X" hesabında bildirib ki, hadisə yerinə çox sayda təcili yardım və xilasedici qruplar göndərilib, yaralılar xəstəxanalara çatdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər